Level Construction bu gündən etibarən ABB Bank ilə rəsmi əməkdaşlığa start verib. Bu münasibətlə Level Construction şirkətinin ofisində ABB Bank komandası ilə görüş keçirilib və tərəflər arasında əməkdaşlığın əsas istiqamətləri müzakirə olunaraq razılaşma əldə edilib.
Yeni tərəfdaşlıq çərçivəsində Level Construction layihələrindən mənzil əldə etmək istəyən gələcək sakinlər üçün daha əlverişli maliyyə imkanları yaradılacaq.
Eyni zamanda, əməkdaşlıq çərçivəsində ABB Bank tərəfindən ƏDV geri al xidməti də təqdim olunacaq. Bu xidmət sayəsində müştərilər ödənişlərinin bir hissəsini geri əldə etmək imkanı qazanacaq və bu da ümumi alış xərclərinin optimallaşdırılmasına töhfə verəcək.
Qeyd edək ki, bu əməkdaşlıq hər iki tərəf üçün uzunmüddətli və qarşılıqlı faydalı tərəfdaşlığın başlanğıcı kimi qiymətləndirilir və gələcəkdə müştərilərə daha geniş imkanların təqdim olunması planlaşdırılır.