Tikinti sektorunda fəaliyyətə başlayan “Level Construction” şirkətinin ilk layihəsi olan “Level Tower” yaşayış kompleksi üzrə satışlara 10 may tarixində start veriləcək. Şirkət artıq müştərilərin rahat və operativ şəkildə məlumat əldə etməsi üçün satış ofisinin ünvanını da açıqlayıb.
Belə ki, layihənin rəsmi satış ofisi şəhərin prestijli biznes məkanlarından biri olan City Point Biznes Mərkəzi-də yerləşir. Müasir infrastruktura malik bu mərkəz, həm yerləşmə baxımından əlçatanlığı, həm də komfortlu şəraiti ilə müştərilərin rahat qəbulunu təmin edəcək.
Satış ofisində ziyarətçilər “Level Tower” layihəsi haqqında ətraflı məlumat əldə edə, mənzil planları ilə tanış ola və öz seçimlərinə uyğun variantları yerindəcə dəyərləndirə biləcəklər. Eyni zamanda, satış üzrə mütəxəssislər tərəfindən təqdim olunacaq fərdi yanaşma sayəsində alıcılar üçün ən uyğun şərtlər təklif ediləcək.
Qeyd edək ki, “Level Tower” layihəsi 14 mərtəbədən ibarət olmaqla, 1-ci mərtəbədə qeyri-yaşayış sahələrini, yuxarı 13 mərtəbədə isə müasir və komfortlu yaşayış mənzillərini əhatə edir. Layihə yüksək keyfiyyət standartları və funksional yanaşma ilə seçilir.
“Level Construction” şirkəti bildirir ki, satış ofisinin “City Point” biznes mərkəzində yerləşdirilməsi müştərilərə daha peşəkar xidmət göstərmək və onların bütün suallarını operativ şəkildə cavablandırmaq məqsədi daşıyır.
10 may tarixindən etibarən bütün maraqlanan şəxslər “City Point” biznes mərkəzində yerləşən satış ofisinə yaxınlaşaraq “Level Tower” layihəsi ilə yaxından tanış ola bilərlər.