Tikinti sektorunda fəaliyyətə başlayan “Level Construction” şirkətinin ilk layihəsi olan “Level Tower” yaşayış kompleksi müasir şəhər həyatına yeni yanaşma gətirir. Adından da göründüyü kimi, layihənin əsas ideyası “səviyyə” anlayışı üzərində qurulub – həm memarlıq baxımından, həm də təqdim olunan yaşayış keyfiyyəti ilə daha yüksək standartları hədəfləyir.
“Level Tower” 14 mərtəbədən ibarət olmaqla funksionallıq və estetik harmoniyanın uğurlu nümunəsidir. Binanın 1-ci mərtəbəsi qeyri-yaşayış sahələri üçün nəzərdə tutulub və burada gündəlik ehtiyacları qarşılayan müxtəlif kommersiya obyektlərinin yerləşməsi planlaşdırılır. Bu isə sakinlərə vaxt itirmədən bütün əsas xidmətlərə əlçatanlıq imkanı yaradacaq. Yuxarı 13 mərtəbə isə yaşayış sahələri kimi layihələndirilib və burada hər detal rahatlıq və komfort prinsiplərinə uyğun şəkildə düşünülüb.
Layihənin memarlıq konsepsiyası müasir şəhər dinamikasını əks etdirir. Fasad həllərində sadəlik və zəriflik ön planda saxlanılaraq, eyni zamanda binaya fərqlilik qazandıran detallar tətbiq olunub. Daxili planlaşdırmada isə funksionallıq əsas götürülüb – mənzillər geniş, işıqlı və səmərəli istifadə imkanı verəcək şəkildə layihələndirilib.
“Level Tower” yalnız bir yaşayış binası deyil, eyni zamanda təhlükəsiz və rahat həyat mühiti kimi nəzərdə tutulub. Tikinti prosesində yüksək keyfiyyətli materiallardan və müasir texnologiyalardan istifadə edilməsi uzunömürlülük və dayanıqlılıq baxımından mühüm üstünlüklər yaradır. Layihədə mühəndis-kommunikasiya sistemləri də müasir standartlara uyğun şəkildə qurulur ki, bu da sakinlərin gündəlik həyatında maksimum rahatlıq təmin edir.
Sakinlərin təhlükəsizliyi və komfortu layihənin əsas prioritetlərindən biridir. Bu məqsədlə bina ərazisində nəzarət və təhlükəsizlik sistemlərinin tətbiqi, ümumi istifadə sahələrinin səliqəli və funksional təşkili nəzərdə tutulur. Eyni zamanda, binanın ətraf mühiti də sakinlərin gündəlik həyatını daha rahat və xoş etmək üçün uyğun şəkildə planlaşdırılır.
Layihənin üstünlüklərindən biri də onun şəhər həyatına inteqrasiyasıdır. “Level Tower” sakinlərinə həm şəhərin ritmini hiss etmək, həm də özəl və komfortlu yaşam mühitində yaşamaq imkanı təqdim edir. Bu balans, layihəni həm yaşayış, həm də investisiya baxımından cəlbedici edir.
Qeyd edək ki, layihənin satışlarına 10 may tarixindən etibarən start verilir. Maraqlanan şəxslər şəhərin prestijli məkanlarından biri olan City Point Biznes Mərkəzi-də yerləşən satış ofisinə yaxınlaşaraq layihə ilə daha ətraflı tanış ola, mənzil seçimlərini dəyərləndirə və sərfəli şərtlərdən yararlana bilərlər.
“Level Tower” – sadəcə yaşayış deyil, daha yüksək həyat səviyyəsinin başlanğıcıdır.