az
10 may tarixində “Level Tower” ultra premium yaşayış kompleksi satışa start verəcək

10 may tarixində “Level Tower” ultra premium yaşayış kompleksi satışa start verəcək

     Ağ şəhərdə, ”“Breeze Tower” layihəsi ilə tanınan, Level Construction şirkəti artıq 2015-ci ildən fəaliyyətdədir. Level Construction 10 may tarixində “Level Tower” adlı yeni ultra premium layihəsini satışa çıxaracaq.

“Level Tower” premium sinif yaşayış binası olaraq şəhərin prestijli nöqtələrindən birində – İsmayıl bəy Qutqaşınlı və Mikayıl Müşfiq küçələrinin kəsişməsində inşa ediləcək. Müasir memarlıq üslubunda layihələndirilən bina ümumilikdə 14 mərtəbədən ibarət olacaq.

Layihəyə əsasən, binanın 1-ci mərtəbəsi qeyri-yaşayış sahələri üçün nəzərdə tutulub və burada müxtəlif iaşə və xidmət obyektləri fəaliyyət göstərəcək. Qalan 13 mərtəbə isə komfortlu və funksional yaşayış mənzillərindən ibarət olacaq.

“Level Construction” şirkəti bu layihə ilə bazara keyfiyyət, etibarlılıq və müasir şəhər həyatına uyğun yeni standartlar gətirməyi hədəfləyir. “Level Tower” həm yerləşmə üstünlükləri, həm də premium konsepti ilə seçilən layihələrdən biri olmağa iddialıdır.

Satışların başlanması ilə bağlı ətraflı məlumat 10 may tarixindən etibarən təqdim olunacaq.